Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür
SOSİAL
00:17 26.08.2025
894
Bu gün Laçın Şəhəri Günüdür.

AZXEBER.COM xəbər verir ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.

Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
10:24 07.08.2026
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?