“Qızıl Buta” mükafatının təqdimatı olacaq - Səsvermə başladı

“Qızıl Buta” mükafatının təqdimatı olacaq - Səsvermə başladı
SOSİAL
12:51 02.12.2021
328
"DAİM” Mərkəzi  2021-cu ilin yekunlarına dair "QIZIL BUTA” Mükafatının təqdimat mərasimini keçirəcək.

AZXEBER.COM xəbər verir ki,  "DAİM” Mərkəzinin sədri Zaur Mirzə-zadə bildirib ki, ənənəvi olaraq artıq 11 ildir müxtəlif nominasiyalarla səsvermədə qalib olmuş şəxsləri təltif edirlər.

"Bu il də 2-15 dekabr tarixləri arasında  sorğu keçirilir.

Sorğu Xalq.az xəbər portalının texniki dəstəyi ilə həyata keçirilir. Budəfəki sorğu sayt üzərində, anket-sorğu  formasında sosial şəbəkələrdə, həmçinin "DAİM” Mərkəzinin koordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. Müxtəlif nominasiyalar üzrə keçirilən sorğuda qaliblər "QIZIL BUTA” Mükafatı ilə təltif olunacaqlar. Səsvermənin nəticələri KİV-də dərc olunacaq və qaliblər möhtəşəm tədbirdə mükatlandırılacaqlar”.
 
Qeyd edək ki, buraya daxil olub  "QIZIL BUTA” Mükafatçısını səsvermə yolu ilə müəyyənləşdirə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR