"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir
SİYASƏT
23:37 02.04.2026
985
Yaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycan Avropa İttifaqının (Aİ) getdikcə daha vacib strateji tərəfdaşına çevrilir.

AZXEBER.COM xəbər verir ki, bu, "Euronews" telekanalının saytında yerləşdirilmiş analitik məqalədən aydın olur.

"Son illərdə Azərbaycan və Aİ arasında münasibətlər dinamik inkişaf mərhələsinə qədəm qoyub və siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi sahələrində getdikcə daha çox strateji xarakter alır. İnvestisiyaların artırılması, texnoloji nailiyyətlərin mübadiləsi və viza rejiminin sadələşdirilməsi bu əlaqələri daha da möhkəmləndirə bilər", - materialda bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın 11–12 mart 2026-cı il tarixlərində Azərbaycana səfərini ikitərəfli münasibətlərdə mühüm mərhələ hesab etmək olar. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Koşta ilə görüşü baş tutub. Liderlərin birgə bəyanatları iqtisadiyyat, enerji, nəqliyyat sahələrində, təhlükəsizlik sferasında və digər əsas istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üzrə ümumi niyyətdən xəbər verir.

Məqalədən aydın olur ki, Avropa İttifaqı Yaxın Şərqdə sürətlə dəyişən vəziyyət fonunda Azərbaycanı xüsusilə enerji təhlükəsizliyi və idxalın şaxələndirilməsi baxımından strateji cəhətdən mühüm tərəfdaş hesab edir.

 

"2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu Avropa bazarına Azərbaycan qazının tədarükünün artırılmasını nəzərdə tutur. Bu kontekstdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. 2025-ci ildə Azərbaycan Avropaya qaz tədarükünü 2021-ci illə müqayisədə təxminən 60% artırıb və bu həcm 13 milyard kubmetr təşkil edib", - məqalədə bildirilib.
Son geosiyasi hadisələr Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətini xeyli artırıb. "Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən geostrateji mövqeyi və proqnozlaşdırıla bilən sabit siyasəti ölkəni Aİ üçün əvəzolunmaz tərəfdaşa çevirir. Perspektivdə tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki tərəfə əhəmiyyətli dividendlər vəd edən geniş imkanlar mövcuddur", - məqalənin müəllifi yazır.

Regionda artan təhlükəsizlik riskləri fonunda Aİ Şurası prezidentinin Bakıya səfəri birlik tərəfindən siyasi dəstəyin təzahürü kimi də şərh edilə bilər.

"Azərbaycan regionda davamlı sülhün, əməkdaşlığın və iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən dövlət kimi qəbul edilir", - yazıda vurğulanıb.

Qeyd olunub ki, Bakıda keçirilən görüşlər zamanı Koşta Cənubi Qafqazda möhkəm sülh və sabitliyin Aİ-nin strateji maraqlarına cavab verdiyini deyib. Buna görə də Azərbaycan-Aİ əməkdaşlığı ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxır və regional sabitliyə töhfə verir, – məqalə müəllifi yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO