Bakının iki rayonu işıqsız qalacaq

Bakının iki rayonu işıqsız qalacaq
SOSİAL
00:45 05.11.2026
133
Noyabrın 5-də Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan enerji tələbatını qarşılamaq məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində yerləşən bir sıra transformator məntəqələrində təmir və texniki baxış işləri aparılacaq.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsində, Moskva prospektində və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Əli Vəliyev küçəsinin və Qara Qarayev prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdəki abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təminatı həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR