Gürcüstanın azərbaycanlılar yaşayan kəndində atışma olub, yaralanan var

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində atışma olub, yaralanan var
DÜNYA
23:28 20.12.2021
492
Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaratəhlə kəndində silahlı insident baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, naməlum şəxslər avtomobilində olan gəncə atəş açaraq hadisə yerindən qaçıblar.

Nəticədə o, xəsarət alıb. Yaralı Rustavi şəhərinin mərkəzi xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti kritik ağır qiymətləndirilir.

Hadisənin motivi məlum deyil.

Qaratəhlə kəndinə ekspert-kriminalistlər cəlb olunub.
OXŞAR XƏBƏRLƏR