Türkiyədə koronavirusdan daha 187 nəfər vəfat edib

Türkiyədə koronavirusdan daha 187 nəfər vəfat edib
DÜNYA
07:46 22.12.2021
374
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 187 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 152 nəfərin test edildiyi, 19 859 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 532 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 125 761 472 peyvənd tətbiq edilib ki, bunun 91,36 faizi birinci, 82,56 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
OXŞAR XƏBƏRLƏR