Azərbaycan ordusunun əsgəri vəfat etdi

Azərbaycan ordusunun əsgəri vəfat etdi
SOSİAL
22:50 22.12.2021
739
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Bu barədə AZXEBER.COM Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səfərov Daşqın Natiq oğlu hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilir.

OXŞAR XƏBƏRLƏR