Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
SOSİAL
19:23 24.12.2021
204
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, bir gündə 24 207 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 204, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 385 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 177 159, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 153 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 656 209, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 367 621 təşkil edir.
OXŞAR XƏBƏRLƏR