Şirvanda 51 yaşlı kişi özünü bıçaqlayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1970-ci il təvəllüdlü Əliyev Teymur Cavadağa oğlu sərxoş vəziyyətdə bıçaqla özünə ağır xəsarətlər yetirib.
Yaralı vəziyyətdə olan T.Əliyev qarının cırılmış və qollarının kəsik xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralı əməliyyat olunub.
Onun çoxlu qan itirdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.