Yeni ilin gəlişinə sayılı günlər qalıb.
Baku TV bayramı qeyd etmək istəyənlərin bir çoxunun restoranlara üz tutduğunu nəzərə alaraq onları hansı qiymətlərin gözlədiyini araşdırıb.
Restoranlarda yeni il şənlikləri ilə bağlı vəziyyət belədir:
Müğənnilərin canlı ifaları, DJ, rəqs qrupu, eləcə də yeni il personajlarının da daxil olduğu şou-proqramın qiyməti 1 nəfər üçün 100 manatdır. Bu qiymətə menyu daxil deyil. Başqa restoranda isə həm şou-proqramın, həm də menyunun birgə qiyməti 1 nəfər üçün 150-200 manat arasında dəyişir.
Ənənəvi olaraq hər il yeni il şənliyi keçirən bəzi restoranlarda bu il şou proqram tərtib edilməyəcək. Səbəb 150 nəfərlik qonaq limitidir. Restoran sahiblərinin sözlərinə görə, bu sayla yeni il gecəsi təşkil etmək sərfəli deyil.
Daha kiçik həcmli restoranlarda isə yeni il proqramının qiymətləri bir qədər aşağıdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən dekabrın 31-də ictimai iaşə obyektləri gecə saat 2-dək fəaliyyət göstərə bilər.
Ətraflı videonu təqdim edirik: