2022-ci ildə bu məşhurları itirdik... - Ölümləri ilə gündəm olanlar

SOSİAL
14:30 07.12.2022
2018
Artıq 2022-ci ilin son ayındayıq. Siçan ili artıq sayılı günlərdən sonra öz yerini növbəti illə əvəzləyəcək. Bu il ölkəmizin ictimai-siyasi həyatında maraqlı hadisələrlə yadda qaldı. Bəs, bu il ölümü ilə gündəm yaradan şəxslər kimlər oldu? 

AZXEBER.COM 2022-ci ildə dünyasını dəyişən azərbaycanlı məşhurların siyahısını toplayıb. Həmin siyahını sizlərə təqdim edirik:

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov 2022-ci ildə dünyasını dəyişənlər arasında oldu. O, mart ayının 27-də 84 yaşında vəfat etdi. 
 


Ölümündən əvvəl son vaxtların sosial şəbəkələrdə fenomenə çevrilən, xeyli izləyici kütləsinə sahib olan  "Tosu Zəngilanlı" kimi tanınan "TikToker" də 2022-ci ildə dünyasnı dəyişdi. O, may ayının 31-də ürək tutması səbəbilə vəfat etdi. Onun ölümü sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. 
 


Dünyasını dəyişənlər arasında tanınmış müğənni, bəstəkar Rəhim Rəhimlinin də adı var. O,  30 sentyabr 2022-ci il tarixində ağır xəstəlikdən vəfat etdi. Bir çox tanınmış ifaların bəstəkarı kimi tanınan R.Rəhimli 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan” telekanalının direktoru işləyib. O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.
 


Oktyabrın 6-da Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadənin də ölüm xəbəri yayıldı. Onkoloji xəstəlikdən əziyyət çəkən partiya sədri Rusiyanın Azərbaycanda ən böyük dəstəkçilərindən biri hesab edilirdi. Qalmaqallı çıxışları ilə hər zaman gündəm olan  Araz Əlizadə Yasamal rayon qəbirstanlığında dəfn edilib. 
 


Tanınmış bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova oktyabrın 9-da 82 yaşında vəfat etdi. Ruhəngiz Qasımova Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü idi. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
 


18 oktyabr 2022-ci il tanınmış şair-publisist, YAP və AYB üzvü Yafəs Türksəs dünyasını dəyişdi. Şair uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra vəfat etdi. O, sosial şəbəkələrdə paylaşdığı müxtəlif şəkilləri ilə yaddaşlarda qalıb. 
 


Əməkdar artist, məşhur xanəndə Süleyman Abdullayev (Dədə Süleyman) oktyabrın 23-ü vəfat etdi. Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. 
 


Noyabrın 3-də sabiq vergilər naziri Fazil Məmmədov da uzun sürən ağır xəstəlikdən sonra vəfat etdi. Keçmiş nazir Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəşişmişdi. 


Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq