Nazir polis mayoruna yüksək vəzifə verdi

Nazir polis mayoruna yüksək vəzifə verdi
SOSİAL
10:20 05.01.2022
514
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

AZXEBER.COM-un oxu.az-a istinadən məlumatına görə, bu barədə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Əjdər Əliyev Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

O, bu təyinata qədər Şabran RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR