Bakıda Assosiativ Əməkdaşlıq Memorandumu imzalanıb

Bakıda Assosiativ Əməkdaşlıq Memorandumu imzalanıb
SOSİAL
16:57 04.03.2026
1094
Bakıda bir sıra ictimai təşkilatlar arasında Assosiativ Əməkdaşlıq Memorandumu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, memorandum "İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku Turizm Peşəkarları Assosiasiyası arasında bağlanıb.

Tədbir çərçivəsində "Sağlam nəsil, güclü Vətən, davamlı inkişaf naminə Azərbaycan üçün birlik, dünya üçün əməkdaşlıq!” platformasının yaradıldığı da rəsmi şəkildə elan olunub.

Memorandumun əsas məqsədi sosial-iqtisadi inkişaf təşəbbüslərinin dəstəklənməsi, qazilər, şəhid ailələri, veteranlar və gənclər üçün imkanların genişləndirilməsi, eləcə də turizm və sağlamlıq turizmi sahəsində birgə layihələrin həyata keçirilməsidir. Sənəd həmçinin tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsini, innovativ və beynəlxalq layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Koalisiyanın fəaliyyət istiqamətləri sırasında sağlam və dayanıqlı cəmiyyətin formalaşdırılması, şəhid ailələri və qazilərə sosial dəstəyin gücləndirilməsi, sağlamlıq və termal turizmin inkişafı, beynəlxalq turizm əməkdaşlığının genişləndirilməsi, eləcə də sosial məsuliyyətli layihələrin təşviqi yer alır.

Memorandum çərçivəsində sosial-iqtisadi layihələrin hazırlanması və icrası, korporativ sosial məsuliyyət proqramları, turizm və sağlamlıq turizmi sahəsində birgə təşəbbüslər, təhsil və peşə hazırlığı proqramları, məşğulluğun artırılmasına yönəlmiş layihələr, startapların formalaşdırılması və innovasiya platformalarının yaradılması nəzərdə tutulur. Bundan əlavə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, gənclər siyasəti və liderlik proqramlarının təşkili, səhiyyə və reabilitasiya təşəbbüsləri, mədəni və idman tədbirlərinin keçirilməsi, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunun gücləndirilməsi də əsas prioritetlərdəndir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov müxtəlif qurumların bir araya gələrək əməkdaşlıq etməsinin ölkənin inkişafına mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə, turizm, sosial təşəbbüslər və iqtisadi fəaliyyətin vahid platformada birləşdirilməsi həm dövlət, həm də cəmiyyət üçün əhəmiyyətli nəticələr verə bilər.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev isə kənd icmaları ilə əməkdaşlığın gücləndirilməsinin, özünü maliyyələşdirən aqroturizm komplekslərinin yaradılmasının və gənclərin karyera imkanlarının genişləndirilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd edib. O bildirib ki, təşkilatların birgə fəaliyyəti ilə bu istiqamətdə layihələrin genişləndirilməsi planlaşdırılır.

Skal İnternational Baku Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov memorandumun ictimai birliklər arasında əməkdaşlığın daha koordinasiyalı şəkildə qurulmasına imkan yaradacağını vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq sosial və həssas qrupların dəstəklənməsi baxımından da mühüm nəticələr verə bilər.

"İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev də platforma çərçivəsində qarşıya qoyulan hədəflərin həm ölkə daxilində, həm də Türk dünyası miqyasında əməkdaşlığa töhfə verəcəyini bildirib.

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə isə qeyd edib ki, yeni əməkdaşlıq platforması qazilərin və şəhid ailələrinin sosial dəstəyi və peşə hazırlığının artırılması baxımından da mühüm imkanlar yaradacaq. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov da çıxışında memorandumun əhəmiyyətindən bəhs edib. O, bu əməkdaşlığın sosial və iqtisadi təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyini bildirərək platformanın fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirdə həmçinin Turan Qastroturizm Akademiyasının icraçı direktoru Doğan Tomris akademiyanın fəaliyyəti barədə təqdimat edib və platforma çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Mərasimdə dövlət qurumlarının nümayəndələri, ictimai təşkilatlar, turizm sektoru təmsilçiləri və media nümayəndələri də iştirak ediblər.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi
22:39 05.11.2026
Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi
Trampın memkoini tarixi minimumu yenilədi
22:32 05.11.2026
Trampın memkoini tarixi minimumu yenilədi
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
22:24 05.11.2026
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
22:11 05.11.2026
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
22:01 05.11.2026
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
21:50 05.11.2026
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
21:46 05.11.2026
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
Paraqvay prezidenti istefa verib
21:37 05.11.2026
Paraqvay prezidenti istefa verib
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
21:28 05.11.2026
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto