Bakıda qəza: Motosiklet avtomobillə toqquşdu

Bakıda qəza: Motosiklet avtomobillə toqquşdu
SOSİAL
10:24 08.01.2022
258

Bakıda motosiklet avtomobillə toqquşub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Rzayev Zahir Cəfər oğlunun idarə etdiyi motosiklet hərəkətdə olan avtomobilə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ aşıq baldırın əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR