Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil

Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
SİYASƏT
22:56 04.03.2026
1146
Mövcud beynəlxalq şəraitdə Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) nəzərə almamaq və görməmək mümkün deyil.

Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Daily Chronicle" verilişində çıxışı zamanı danışıb.

Orta Dəhlizin artan geosiyasi əhəmiyyəti barədə danışan nazir qeyd edib ki, region təkcə nəqliyyat bağlantıları baxımından deyil, həm də genişmiqyaslı iqtisadi layihələr prizmasından strateji məkana çevrilmək üçün tarixi imkan əldə edib.

Boçorişvilinin sözlərinə görə, hazırkı geosiyasi reallıq, xüsusilə Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdə davam edən hadisələr qlobal təchizat zəncirlərinin dəyişməsinə səbəb olub: "Bu fonda Orta Dəhlizin əhəmiyyəti daha da artıb".

Nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında onilliklər davam edən münaqişənin başa çatması və tərəflərin regional layihələr çərçivəsində əməkdaşlıq imkanlarını araşdırması Cənubi Qafqaz üçün yeni mərhələ yaradır.

Onun fikrincə, regionda sülh və sabitliyin möhkəmlənməsi, eləcə də Gürcüstan–Ermənistan, Gürcüstan–Azərbaycan və Azərbaycan–Ermənistan münasibətlərinin inkişafı Orta Dəhlizin gələcək taleyində həlledici rol oynayacaq.

Boçorişvili qeyd edib ki, regionun həm tranzit, həm də iqtisadi baxımdan əsas geosiyasi mərkəzə çevrilməsi üçün real tarixi şans formalaşıb. Bununla yanaşı, nazir əlavə edib ki, iqtisadi layihələrin arxasında mühüm siyasi faktorlar dayanır və onların həyata keçirilməsi məhz siyasi sabitlik və qarşılıqlı etimaddan asılıdır.

Xatırladaq ki, 2024-cü ildə Transxəzər Marşrutu üzrə yük daşımaları 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə isə yükdaşımaların 5,2 milyon tona çatacağı gözlənilir.

2027-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Qeyd edək ki, Orta Dəhliz ilə yük daşımaları üzrə 2030-cu il üçün hədəf proqnoz 11,4 milyon tondur.

/report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
14:02 28.07.2026
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
13:44 28.07.2026
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi