CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-də 85,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel çoxdur.