Bu gün bu ərazidə su olmayacaq

Bu gün bu ərazidə su olmayacaq
SOSİAL
09:58 30.01.2022
265
Bakının Binəqədi rayonunda içməli su kəsiləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 30 yanvar 2022-ci il tarixində gün ərzində Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq", - ASC rəsmisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR