Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi - Fotolar

Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi - Fotolar
SOSİAL
20:54 05.03.2026
1071
Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.

AZXEBER.COM AZƏRTAC-a istinadla xəbər verir ki, Leyla Əliyevaya mərkəz barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ilk narkoloji tibbi müəssisə olan Bakı Şəhər Narkoloji Mərkəzinin əsası 1980-ci ildə qoyulub. Əvvəllər Bakı Şəhər Narkoloji Dispanseri kimi fəaliyyət göstərib.

Qeyd olunub ki, həmin dövrdə alkoqolizmlə mübarizə əsasında narkologiya psixiatriyadan ayrılanda narkoloji müəssisələrin yaradılmasına başlanılıb. 
Azərbaycanda ilk olaraq həmin narkoloji mərkəz açılıb.

2012-ci ildə dispanser Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib. 
Səhiyyə Nazirliyinin 2020-ci il 11 avqust tarixli qərarı ilə "Bakı Şəhər Narkoloji Dispanseri” əsasında "Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Mərkəz 16 otaqdan ibarətdir: qeydiyyat, qəbul, 7 həkim, manipulyasiya, 6 administrativ otaq.

Paytaxtın 12 rayonuna xidmət edən mərkəzin 18 həkim, 25 tibb bacısı və 27 digər vəzifələrdə çalışan əməkdaşı var. Mərkəz gün ərzində 200-300 nəfərə qədər vətəndaşa xidmət göstərmək gücündədir.

Bakı Şəhər Narkoloji Mərkəzində paytaxt üzrə 17 min 557 nəfər, onlardan 1416 nəfər alkoqolizmdən, 14 min 753 nəfər narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları, 1388 nəfər toksiki madddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə qeydiyyatdadır.

Gün ərzində narkoloji asılılıqdan əziyyət çəkən 20 nəfər mərkəzə müraciət edir, nadir hallarda alkoqolizm asılılığına görə müraciət daxil olur. Kəskin vəziyyətləri olan alkoqolizm halları stasionara yönləndirilir. Yüngül vəziyyətdə olan alkoqolizm halları isə mərkəzdə ambulator müalicə edilir.
Bakı Şəhər Narkoloji Mərkəzində sifilis, İİV, Hepatit B və C-nin müayinəsi də aparılır.

Mərkəz üçün yeni yerin ayrıldığı, yaxın gələcəkdə həmin məkana köçürüləcəyi də diqqətə çatdırılıb.

Leyla Əliyeva qeydiyyat, qəbul, həkim, baş tibb bacısı, manipulyasiya otaqlarına baş çəkib, mərkəzin tibbi personalı ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
22:24 05.11.2026
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
22:11 05.11.2026
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
22:01 05.11.2026
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
21:50 05.11.2026
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
21:46 05.11.2026
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
Paraqvay prezidenti istefa verib
21:37 05.11.2026
Paraqvay prezidenti istefa verib
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
21:28 05.11.2026
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək