Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu
DÜNYA
11:21 06.02.2022
445
Rusiyanın Saxalin adasının şimalında 5,3 bal gücündə zəlzələ olub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildirilib.

"Fevralın 6-da yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 01:18) 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Noqliki rayonunun Val kəndindən 32 kilometr şərqdə, ocağı 17 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR