Bakıda mənzildən meyit tapılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.