Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 364 vaksin vurulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 902, "buster” doza üzrə isə vaksinasiya olunanların sayı 36 585 olub.
Vurulan vaksinlərin ümumi sayı 12 390 636, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 261 495, ikinci mərhələ üzrə 4 760 705 nəfər təşkil edir. Ümumilikdə isə 2 368 436 "buster” doza vurulub.