Bakıda 27 yaşlı gənc oğlan bıçaqlandı

Bakıda 27 yaşlı gənc oğlan bıçaqlandı
SOSİAL
23:18 13.02.2022
348
Bakıda gənc oğlan bıçaqlanıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 1995-ci il təvəllüdlü Babayev Şahin Mahir oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR