Bakıda 15 yaşlı qız yoxa çıxdı

Bakıda 15 yaşlı qız yoxa çıxdı
SOSİAL
18:26 24.02.2022
752
Bakıda 15 yaşlı qız itkin düşüb.

AZXEBER.COM "lent.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Müşviqabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2007-ci il təvəllüdlü F.Şamilova bir neçə gün əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə polisə məlumat verilib.

Qaradağ polisi yeniyetmənin axtarışlarına başlayıb.
OXŞAR XƏBƏRLƏR