TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb

TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
SİYASƏT
21:16 07.03.2026
1144
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb.

AZXEBER.COM birgə bəyanatı təqdim edir:

"Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurası 7 mart 2026-cı il tarixində İstanbulda çağırıldı və regional və qlobal inkişaflar, o cümlədən ətraf bölgələrdə insan iztirablarına, ölümlərə və genişmiqyaslı humanitar çağırışlara səbəb olan mövcud silahlı münaqişə və qarşıdurmaların son zamanlar artması barədə ətraflı məsləhətləşmələr həyata keçirdi.

Nazirlər Yaxın Şərqdə son zamanlar artan zorakılıq və onun dağıdıcı nəticələri ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər. Onlar günahsız insanların həyatını təhlükəyə atan və bölgədə sabitliyi pozan bütün hərəkətləri pislədilər.

Nazirlər TDT Üzv Dövlətlərinin təhlükəsizliyinə qarşı hər hansı təhdidin bütün Təşkilat üçün narahatlıq doğurduğunu vurğuladılar və güc tətbiqinin yolverilməzliyini və suverenlik və ərazi bütövlüyü kimi universal prinsiplərə riayət etməyin vacibliyini qeyd etdilər.

Nazirlər İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikası və mülki obyektlər daxil olmaqla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumları qətiyyətlə pislədilər.

Nazirlər regional vəziyyəti daha da ağırlaşdıran və gərginlik coğrafiyasını genişləndirməriskini daşıyan bu kimi məsuliyyətsiz hərəkətlərin təkrarlanmamasına dair çağırış etdilər.

Nazirlər bu çərçivədə Türkiyə Respublikası və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə güclü dəstəklərini ifadə etdilər və hər iki ölkənin xalqları və hökumətləri ilə tam həmrəy olduqlarını bir daha təsdiqlədilər.

Onlar Yaxın Şərqdə sabitliyin bütün region və onun xalqlarının tərəqqisi və rifahı üçün zəruri olduğunu vurğuladılar.

Nazirlər ziddiyyətlərin beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq dialoq vasitəsilə dinc yollarla həllinin vacibliyini vurğuladılar.

Onlar eskalasiyanın dərhal azaldılması, qarşıdurmaların dayandırılması və dinc həllə doğru aparan yeganə mümkün yol kimi diplomatiyanın və konstruktiv dialoqun həlledici əhəmiyyətini vurğuladılar. Onlar bütün tərəfləri maksimum təmkin göstərməyə, danışıqlar masasına qayıtmağa və bütün fikir ayrılıqlarının dinc diplomatik vasitələrlə həllinə yönəlmiş xoşməramlı danışıqlarda iştiraka çağırdılar.

Nazirlər qarşıdurmaların davam etməsinin regional sülh və təhlükəsizliyə birbaşa təhdid yaratdığını vurğuladılar.

Nazirlər həmçinin böhranın qlobal ölçülərini vurğuladılar. Onlar strateji cəhətdən mühüm olan bu bölgədə uzun müddət davam edən qeyri-sabitliyin beynəlxalq sülh və təhlükəsizlik, o cümlədən qlobal enerji bazarları, ticarət marşrutları, ərzaq təhlükəsizliyi və miqrasiya axınlarında potensial pozulmalar baxımından regionun hüdudlarındankənardakı ölkələrə təsir göstərə biləcək ciddi risklər daşıdığını qeyd etdilər.

Onlar həmçinin müvafiq BMT qətnamələrinə uyğun olaraq iki dövlət prinsipi əsasında Fələstin münaqişəsinin ədalətli, davamlı və hərtərəfli həllinə və bu kimi ədalətli və davamlı həllin tapılmasına və Fələstin xalqının, xüsusən də Qəzzada üzləşdiyi humanitar iztirablarının aradan qaldırılmasını qarşısına məqsəd qoyan beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq edilməsinə sadiqliklərini yenilədilər.

Nazirlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüquqa sarsılmaz sadiqliklərini bir daha təsdiqləyərək, TDT-nin regionda sülhün və sabitliyin bərpasına yönəlmiş bütün həqiqi beynəlxalq səyləri dəstəkləməyə hazır olduğunu bildirdilər.

Nazirlər məsələni diqqətdə saxlamağa və bu və ortaq narahatlıq doğuran digər əlaqədarməsələlər üzrə TDT çərçivəsində sıx koordinasiyanı davam etdirməyə razılaşdılar.

Nazirlər qətiyyətlə sülh, dialoq və sabitliyə tərəfdar olduqlarını bildirdilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
14:30 17.09.2026
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
14:30 17.09.2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
14:29 17.09.2026
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
14:12 17.09.2026
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:10 17.09.2026
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
14:00 17.09.2026
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
13:51 17.09.2026
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
13:31 17.09.2026
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
13:29 17.09.2026
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
13:21 17.09.2026
İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
"Əvvəlki Ayla olmaq istəyirəm" - Ağır qəza keçirən müğənni - VİDEO
13:19 17.09.2026
"Əvvəlki Ayla olmaq istəyirəm" - Ağır qəza keçirən müğənni - VİDEO
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
13:11 17.09.2026
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Prezidentlə xanımı Şamaxıya getdi
12:58 17.09.2026
Prezidentlə xanımı Şamaxıya getdi
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
12:57 17.09.2026
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
“Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
12:45 17.09.2026
“Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Sosial şəbəkələrdə yayılan avtobus görüntülərinə “BakuBus”dan REAKSİYA - VİDEO
12:43 17.09.2026
Sosial şəbəkələrdə yayılan avtobus görüntülərinə “BakuBus”dan REAKSİYA - VİDEO