Gürcüstanda iki gündür koronavirusdan ölüm qeydə alınmır

Gürcüstanda iki gündür koronavirusdan ölüm qeydə alınmır
DÜNYA
20:38 26.04.2022
431
Gürcüstanda son sutkada daha 62 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 104 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 1 654 375 nəfərdə aşkarlanıb. Onların 1 636 108-i sağalıb, 16 800-ü isə ölüb.
OXŞAR XƏBƏRLƏR