Bakıda ev yandı

Bakıda ev yandı
SOSİAL
19:09 03.05.2022
891
Bakı şəhərinin Səbail rayonunda yanğın hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, ümumi sahəsi 100 m² olan bir dam altında tikilən 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 50 m² olan evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR