Rusiyada hərbi hissədə partlayış: ölən və yaralananlar var

Rusiyada hərbi hissədə partlayış: ölən və yaralananlar var
DÜNYA
11:03 12.05.2022
364
Rusiyanın Xabarovsk diyarının Amur rayonunun Teysin kəndində hərbi hissədə partlayış baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə yerli fövqəladə hallar idarəsindən bildirilib.

Məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Yaralılar Elban rayon hospitalına yerləşdirilib.

Mənbənin məlumatına görə, hadisəyə səbəb hərbi hissədə barıt partlayışının olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR