Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - Anbaan video

SOSİAL
10:24 27.05.2022
341
Dünən Azərbaycanda baş verən qəzanın görüntüləri yayılıb. 

AZXEBER.COM oxu.az-a istinadla xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. 

Qəza zamanı "Nissan", "Hyundai", KİA və QAZ markalı avtomobillər zərər görüb. 

Görüntülərdən məlum olur ki, hadisəyə səbəb "Hyundai" markalı avtomobilin manevr qaydasını pozması olub.

Ötmə əməliyyatı həyata keçirən "Nissan" əvvəlcə "Hyundai" markalı maşına, daha sonra isə yol kənarında dayanan KİA-ya çırpılıb. KİA isə öz növbəsində yanında dayanmış QAZ markalı maşına dəyib.

Hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
 

OXŞAR XƏBƏRLƏR