Ukrayna Prezident Ofisi: "Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq"

Ukrayna Prezident Ofisi: "Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq"
DÜNYA
19:23 27.05.2022
528
"Əgər Rusiya Ukraynada qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Çünki Rusiya dünyanın ikinci ordusuna sahib olduğunu sübut etmək istəyəcək. Rusiya uduzmasa, rus revanşizmi, rus şovinizmi daha da qabaracaq. Rusiya bizdən intiqam almaq istəyəcək. Beləliklə, növbəti dünya savaşı başlayacaq”, - o söyləyib.

M.Podolyakın sözlərinə görə, hazırda Rusiya Ukraynanın şərqinə kifayət qədər resurs toplayıb və hər şeyi riskə atıb: "Onlar heç olmasa bizim ərazimizin bir hissəini ələ keçirmək istəyirlər. Ona görə də şiddətli döyüşlər gedir”.
OXŞAR XƏBƏRLƏR