İngiltərənin "Arsenal" klubu futbolçusu Aleksandr Lyakazett ilə yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, 32 yaşlı hücumçunun iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb.
Fransalı oyunçu komandanı azad agent qismində tərk edəcək.
Qeyd edək ki, Aleksandr Lyakazett 2017-ci ildən "topçular"ın formasını geyinib. Təcrübəli forvard bu komandada meydanda çıxdığı 206 qarşılaşmada 71 qola imza atıb. Onun Fransa "Lion"una keçəcəyi gözlənilir.