Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq
SOSİAL
18:19 03.06.2022
264
Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir.

Nəqliyyatın hərəkəti 3 iyun tarixindən 4 iyun tarixinə keçən gecə Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsi təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə qismən məhdudlaşacaq. 

Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.

Həmçinin, 4 iyun tarixindən 5 iyun tarixinə keçən gecə Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq. 

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sürücülərə anlayışlarına görə təşəkkür edir.
OXŞAR XƏBƏRLƏR