MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"

MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"
SOSİAL
21:15 07.06.2022
443
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR