Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan XİN İrana başsağlığı verdi
SİYASƏT
12:35 08.06.2022
538
Azərbaycan Xarici İşlər Nazirliyi İranda sərnişin qatarının qəzaya düşməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.

"İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, qəza nəticəsində ölənlərin sayı 17-yə çatıb.
OXŞAR XƏBƏRLƏR