Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,22 ABŞ dolları və ya 1,7% azalaraq 128,93 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.