Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.
Oxu.Az-ın məlumatına görə, Zaur Zeynalov nazirin müşaviri təyin edilib və bu vəzifənin icrasına 2022-ci ilin iyunundan başlayıb.
Qeyd edək ki, o, bundan öncə bir neçə şirkətdə hüquq üzrə fəaliyyət göstərib.
Z.Zeynalov həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və 15 il vəkillik təcrübəsi var.