İranda zəlzələ baş verdi

İranda zəlzələ baş verdi
DÜNYA
23:54 26.06.2022
384

İranın cənub-şərqindəki Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, episentri Kirman əyalətinin Raver rayonunda olan 5,4 bal gücündəki zəlzələ yerli vaxtla saat 17.37-də qeydə alınıb.

Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi paylaşılıb.

İnsan tələfatı, xəsarət və ya maddi ziyanla bağlı hələlik heç bir açıqlama verilməyib.
OXŞAR XƏBƏRLƏR