Rusiyada “Omikron”un yeni variantı tapıldı

Rusiyada “Omikron”un yeni variantı tapıldı
DÜNYA
15:15 19.07.2022
341
Rusiyada koronavirusun "Omikron” ştammının yeni alt variantı tapılıb.

"Kentavr” (BA.2.75) variantı iyulda Moskvada beş nəfərdə aşkarlanıb, onlar xəstəliyi yüngül keçirirlər. Həmin şəxslər arasında xəstəxanaya yatırılan yoxdur.

İyulun 13-də Niderlandın Milli Sağlamlıq İnstitutu ölkədə sözügedən variantın yayıldığı barədə bildirib.

Əvvəllər bu mutasiya Hindistanda və bir sıra başqa ölkələrdə, o cümlədən Avstraliya, Almaniya, Böyük Britaniya, ABŞ və Kanadada tapılmışdı.
OXŞAR XƏBƏRLƏR