Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
SOSİAL
16:35 21.07.2022
353
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, 9 729 nəfər vəfat edib, aktiv xəstə sayı 1 410 nəfərdir.

Ölkədə son sutka ərzində 3 484, hazırkı dövrədək isə 7 015 080 test aparılıb.
OXŞAR XƏBƏRLƏR