Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
SOSİAL
19:49 24.07.2022
337
Azərbaycanda son gündə koronavirus əleyhinə 2 187 vaksin vurulub.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 448, ikinci doza vaksinlərin sayı 106 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 361-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 272 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 805 231 təşkil edir.
OXŞAR XƏBƏRLƏR