Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
SOSİAL
12:05 19.08.2022
270
Avqustun 20-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-29° isti olacaq.
OXŞAR XƏBƏRLƏR