"Qalatasaray" "Qarabağ"ın futbolçusunu istəyir

"Qalatasaray" "Qarabağ"ın futbolçusunu istəyir
İDMAN
14:05 20.08.2022
360

"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını "Qalatasaray"da davam etdirə bilər.

AZXEBER.COM futbolpress.az-a istinadən xəbər verir ki, İstanbul klubu gənc müdafiəçinin Çempionlar Liqasının təsnifat mərhələlərindəki oyununu bəyənib. "Sarı-qırmızılılar" artıq oyunçunun meneceri ilə əlaqə saxlayıb. KİV yazır ki, Toralın xidmətində Super Liqadan "Kayserispor" və I Liqadan "Eyüpspor" da maraqlıdır.

Bundan başqa, Qara Qarayev də bir neçə Türkiyə klubunun diqqətini çəkib.
OXŞAR XƏBƏRLƏR