Azərbaycan XİN bəyanat yaydı

Azərbaycan XİN bəyanat yaydı
Siyasət
17:53 30.08.2022
373
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİNB) Azərbaycanın onuncu - on ikinci dövri hesabatlarına dair İrqi Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitənin yekun müşahidələri ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM-un xəbərinə görə, bəyanatda deyilir:

"Azərbaycan Respublikası Hökuməti İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya (CERD) üzrə Komitənin bu yaxınlarda keçirilən sessiyasında iştirak etməkdən və Konvensiyaya uyğun olaraq onuncu - on ikinci dövri hesabatlarını Komitəyə təqdim etməkdən məmnunluq duyur. Azərbaycan çoxsaylı müxtəlif etnik, mədəni və dini qruplardan ibarət bir ölkə kimi onunla eyni multikultural dəyərləri təşviq edən CERD çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə tam sadiqdir.

Komitənin Azərbaycanın hesabatları ilə bağlı son yekun müşahidələrində qeyd edildiyi kimi, Azərbaycan CERD-in irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı məqsədinə çatmaq üçün müsbət addımlar atıb. Məsələn, 2017-ci ildən Azərbaycanda qaçqınların və vətəndaşlığı olmayan şəxslərin, eləcə də hər irqdən, etnik mənsubiyyətdən olan uşaqların hüquqlarını təmin etmək üçün Azərbaycan bir sıra hüquqi və siyasi tədbirlər həyata keçirib. 2018-ci ildə Azərbaycanda ədliyyə sisteminin inkişafı üzrə Dövlət Proqramı qəbul edilib və onun məqsədi tərəfdaş ölkələrlə təlimlər və mübadilələrin həyata keçirilməsi də daxil olmaqla, məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətini artırmaqdır. Azərbaycan, həmçinin Komitənin bəzi tövsiyələrini özündə əks etdirən "İrqi ayrı-seçkiliyin qarşısının alınması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul etməklə, ayrı-seçkiliyə qarşı öz daxili qanunvericiliyini daha da gücləndirməyə çalışır.

CERD Komitəsi, həmçinin Azərbaycanın irqi ədavətin qızışdırılmasına qarşı mövcud qanunlarını gücləndirmək üçün atdığı addımları, xüsusilə də Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklikləri vurğulayıb. CERD Komitəsi xüsusilə qeyd edib ki, bu düzəlişlər etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına görə daha sərt cəzalar tətbiq edir və zorakılıq və dini ekstremizmi təbliğ edən bu cür amillərin və məlumatların İnternet və Sosial Mediada yayılmasını qadağan edir.

Azərbaycan, həmçinin CERD-in pozuntularına görə məsuliyyətin təmin edilməsi, o cümlədən mümkün pozuntularla bağlı cinayət təhqiqatının başlanması və bunun üçün kifayət qədər əsas olduqda ehtimal olunan təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün birgə səy göstərmişdir. Bundan əlavə, Azərbaycan CERD tərəfindən qorunan əsas dəyərlərə sadiqdir və hər hansı milli və ya etnik qrupa qarşı nifrət və ya zorakılığı təşviq edən bəyanat və ya hərəkətləri qəbul etmir.

Azərbaycan, etnik, dini və ya mənsubiyyətindən asılı olmayaraq, müvafiq qanunlar və Konstitusiya ilə müəyyən edildiyi kimi ayrı-seçkiliyə yol verilmədən, o cümlədən azad edilmiş ərazilərdə mədəni, dini və tarixi irsin qorunmasında beynəlxalq standartlara riayət etməklə, mədəni irsin qorunmasına sadiqdir.

Azərbaycanın Komitəyə tövsiyə etdiyi kimi, Azərbaycan irs obyektlərinə girişlə bağlı yeni təhlükəsizlik tədbirləri həyata keçirib, obyektlərin vəziyyətinə mütəmadi olaraq nəzarət edir və tikinti briqadalarına yenidənqurma işləri zamanı ərazilərə ziyan vurma riskini minimuma endirmək üçün proseduralar barədə təlimatlar verib. Azərbaycan, bu yerlərin mühafizəsi üçün göstərdiyi səylərinin YUNESKO-nun texniki missiyası tərəfindən müstəqil nəzarətin təşkil edilməsinin önəmliliyi ilə Komitənin razılaşdığını görməkdən xüsusilə məmnun qalıb. Azərbaycan 2005-ci ildən əvvəl açıq şəkildə belə bir missiyaya çağırış edib və missiyanın mümkün qədər tez həyata keçirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Azərbaycan, 2022-ci ilin may ayında çoxsaylı konfessiyaların dini obyektlərinin qorunması üzrə səyləri yüksək qiymətləndirən İSESKO-nun oxşar missiyalarını alqışlayıb.

Yüz minlərlə məcburi köçkünün işğaldan azad edilmiş ərazilərə qayıtmasını həyata keçirməklə Azərbaycan işğaldan əvvəl regionda məskunlaşmış çoxmillətli və müxtəlif icmaların yenidən formalaşmasına da sadiqdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin aprelində səsləndirdiyi - "Azərbaycan və burada yaşayan bütün etnik qruplar, o cümlədən ermənilər sülh və ləyaqət içində yaşayırlar” - bəyanatı ilə ən yüksək səviyyədə təsdiq olunduğu kimi, Azərbaycan etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün açıqdır. Dövlət başçısı bəyanatında təsdiq etdi ki, "Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi... Azərbaycan dövləti tərəfindən təmin olunacaq”.

Azərbaycan CERD Komitəsi ilə konstruktiv dialoqu qiymətləndirir və Komitənin fikir və tövsiyələrini müvafiq olaraq nəzərə alır. Azərbaycan irqindən, rəngindən, mənşəyindən, milli və ya etnik kimliyindən asılı olmayaraq öz ərazisində yaşayan hər kəsin hüquq və ləyaqətini bərabər əsasda dəstəkləməyə sadiq qalır, qlobal miqyasda irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması kimi yekun məqsədə nail olmaq üçün fəaliyyətini davam etdirəcəkdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib