Azərbaycan əhalisinin sayı açıqlanıb.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 42 274 nəfər və ya 0,4 faiz artaraq sentyabrın 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.