İranda qətliam hazırlığı - Təxminən 15000 etirazçı üçün edam cəzası gözlənilir

İranda qətliam hazırlığı - Təxminən 15000 etirazçı üçün edam cəzası gözlənilir
DÜNYA
16:37 10.11.2022
256
İranda sentyabrın 13-də qaydalara uyğun olaraq hicab taxmadığı səbəbilə saxlandıqdan sonra komaya salındığı xəstəxanada sentyabrın 16-da dünyasını dəyişən Məhsa Əmini üçün etirazlar davam edir.

Ölkədə görünməmiş səviyyədə etirazlar və ictimai üsyanlar yaşansa da, İran polisi sərt müdaxilə edib. Yüzlərlə insan polisin zərbələri və ya güllələri nəticəsində həlak olub, minlərlə insan isə həbs edilib.

İran qanunvericiləri son günlər həbs olunan etirazçılara qarşı cəzaların sərtləşdirilməsinə çağırıblar.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran parlamentinin 227 deputatının imzaladığı sənəddə etirazçılara ən qısa zamanda sərt cəza verilməsi tələb olunub.

İran hökumətinin sözçüsü deyib ki, ictimaiyyət indi hakimiyyətdən iğtişaşlara səbəb olan etirazçılarla qəti, çəkindirici və qanuni şəkildə davranmağı tələb edir.

İran Parlamentdən dünyanı ayağa qaldıran qətnamə qəbul edilib. İran parlamentarilərinin etirazçılara qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı çağırışları əsasında hərəkət edən İran Parlamenti 290 ümumi deputatdan 227-si təxminən 15 000 nəfər üçün ölüm hökmünü təsdiqləyib.

Digər tərəfdən, edamların nə vaxt həyata keçiriləcəyi hələlik bəlli deyil. Məlumata görə, ötən cümə axşamı keçirilən son etirazlarla bağlı 14 minə yaxın insanın həbs edildiyini bildirib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR