Evə kişi masajçı çağıran qadını əri döydü

Evə kişi masajçı çağıran qadını əri döydü
DÜNYA
00:29 16.11.2022
638
Rusiyada, Leninqrad vilayətində kişi arvadını evə masajçı dəvət etdiyi üçün yarı ölümcül döyü

Bu barədə "Mash na moyke" Telegram kanalı məlumat yayıb.B
Hadisə rayonun Romanovka kəndində baş verib. Məlum olub ki, münaqişə qısqanclıq zəminində başlayıb. "Mash" yazıb ki, qadının həyat yoldaşı olan kişi "bir saatlıq ər" kimi işləyib, arvadı onu qısqanıb və evə masajçı çağıraraq qisas almaq qərarına gəlib. Masajçı gəldikdən sonra mübahisə başlayıb. Qonşular kömək haqda qışqırıqları eşidib, polisi çağırıblar. Hadisə yerinə gələn polislər bıçaq kəsikləri olan 30 yaşlı qadını və ərini alkoqol butulkaları və ağ toz torbalarının arasında tapıblar.

Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, əri saxlanılıb. İstintaq Komitəsi cinayət işi açıb.
OXŞAR XƏBƏRLƏR