13 yaşlı qız sevgilisindən hamilə qaldı - Daha sonra isə...

13 yaşlı qız sevgilisindən hamilə qaldı - Daha sonra isə...
DÜNYA
00:20 21.11.2022
611

İngiltərədə baş verən hadisə sosial mediada etirazla qarşılanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Oliviya Rouz adlı gənc qızın dediyinə görə, o, 13 yaşında sevgilisi ilə münasibətdə olduğu üçün hamilə qalıb.

Oliviya Rouzun iddiasına görə, həmin vaxt ona abort təklif olunub, lakin Rouz bu təklifi rədd edib və uşaq sahibi olacağını bildirib. Doğuş 9 ay sonra baş tutub və Oliviya Rouzun qız uşağı dünyaya gəlib.

Ancaq doğuşdan sonra hər şey Rouzun istədiyi kimi olmayıb. Sevgilisi gənc qızı tərk edib və ana ilə körpə tək qalıb. Rouz isə təslim olmayaraq qızı böyütməyi bacarıb. Hazırda 19 yaşında olan Rouzun qızının da 5 yaşı var.

Sözügedən məlumat sosial mediada yayıldıqdan sonra istifadəçilər hadisəni birmənalı qarşılamayaraq narazılıqlarını bildiriblər.

Aydın

OXŞAR XƏBƏRLƏR