Xərçəngdən əziyyət çəkən məşhur aktrisa vəfat etdi

Xərçəngdən əziyyət çəkən məşhur aktrisa vəfat etdi
DÜNYA
00:01 24.11.2022
869
Xərçəng xəstəliyindən müalicə olunan aktrisa Niki Aykoks dünyasını dəyişib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2005-ci ildə yayımlanan "Fövqəltəbii" serialının ulduzu Nikki Aykoks uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyinə məğlub olaraq həyatını itirib.
 
Məşhur aktrisa 47 yaşında dünyasını dəyişib. Aktrisanın ölüm xəbərini həyat yoldaşının bacısı Syuzan Raab Çekloski verib.
 
Qeyd edək ki, 2021-ci ildə leykemiya diaqnozu qoyulduğunu paylaşan aktyor, "Hər kəsə yaxşı olduğumu və kimyaterapiya ilə mübarizəmi davam etdirdiyimi demək istəyirəm" deyib. Aktyor daha əvvəl Cold Case, LAX, Ed, Law & Order, Las Vegas, Dark Blue, USA High, Dark Angel, Ally McBeal, The X-Files, Boy Meets World, Providence kimi bir çox seriallarda çəkilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR