Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - "24 saat dua oxutdurur”

Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - "24 saat dua oxutdurur”
SOSİAL
11:51 29.11.2022
190

"Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə, yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Ha çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, təmsil etdiyi İmişli rayonunda neçə aydır, yalnız texniki işlər üzrə 38 vakansiya var: "Niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz? Haqqı deyim ki, Elm və Təhsil Nazirliyində nazirlə danışmaq problemi yoxdur. İl yarım öncə hörmətli nazirdən kimsəsiz xanım üçün xahiş etmişəm, onu məktəbə işə götürüblər. Biz onun həyatını xilas etmişik, çünki evdə başsız üç xanım var idi. Onların taleyi necə olacaqdı, bir Allah bilir. Bu il imtahan verib İmişli üzrə ən yüksək balı da topladı. Lakin vakansiya ola-ola aylarla, illərlə insanları incitməyə nə ad vermək olar?

Onu da deyim ki, Elm və Təhsil Nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilirəm. Digər müavinlər telefonu da qaldırmır, hörmətsizlik edirlər. Elm və Təhsil Nazirliyini anlamaqda çox çətinlik çəkirəm. Deyim ki, elmimiz və təhsilimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özünəgüvən, saymazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.

Sədr Sahibə Qafarova isə bildirib ki, nazir Emin Əmrullayev çox açıq adamdır: "Əgər hansısa problemlər varsa, məktub yazıb cavab ala bilərsiniz. Məktub yazmayacaqsınız, cavab almayacaqsınız. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi haqqında belə danışmaq düzgün deyil”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu