2023-cü ilin ən güclü orduları – Azərbaycan 6 pillə irəlilədi

2023-cü ilin ən güclü orduları – Azərbaycan 6 pillə irəlilədi
SOSİAL
14:43 31.01.2023
718

2023-cü ilin ilk ayının ən güclü orduları məlum olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yerləşən "Global Fire Power” 2023-cü il üçün dünyanın ən güclü ordularının siyahısını açıqlayıb. Ölkənin ordularının hərəkətliliyi və uzun müddət meydanda qalma kimi bir çox amillərin nəzərə alındığı reytinqdə Azərbaycan da öz izini qoyub.

Ötən ilin ilk üç ölkəsi dəyişməsə də, Azərbaycan siyahıda 6 pillə yüksəlib.

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Çin tutub. Azərbaycan dünyanın ən güclü orduları arasında 57-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan keçən il siyahıda 63-cü yerdə idi.

Ermənistan 94-cü, Gürcüstan isə 85-ci yerdə qərarlaşıb.

Siyahıda 11-ci pillədə qərarlaşan Türkiyə ordusu dünyanın ən güclü orduları arasında yer alıb. Pakistan 7-ci yerdə, İran isə 17-ci siyahıda olub. Fransa 9-cu, Böyük Britaniya 5-ci, Almaniya isə 16-cı yerdə qərarlaşıb.

Siyahıda son üç yeri müvafiq olaraq Somali, Kosovo və Monqolustan tutub.

Ayşən

OXŞAR XƏBƏRLƏR