ATƏT sədri Azərbaycana səfər edəcək

ATƏT sədri Azərbaycana səfər edəcək
SİYASƏT
11:59 11.01.2023
368
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan və Ermənistana səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat ATƏT-in rəsmi saytında dərc olunub.

Qeyd edilib ki, bu barədə nazirin azərbaycanlı və erməni həmkarları ilə telefon danışığından sonra razılığa gəlinib.

Osmani iki ölkə arasında gərginliyin azaldılmasına kömək etmək və davamlı sülhə nail olunmasına töhfə vermək üçün öz şəxsi səylərini göstərməyə hazır olduğunu bir daha təsdiqləyib. O, yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR